Ağdamsız dünyadan Ağdamlı dünyaya xoş gəlmisən, Vətən adam

Özü də adı kimi yeganə adam. Dostları ona Vətən adam deyə müraciət edəndə əvvəllər çox sıxılırdı. Birinci Qarabağ savaşının əfsanə jurnalist döyüşçülərindən olmuşdu. Vətəni işğalda olan adamən yanında təkcə “V” hərfini demək kifayətdir ki, sıxılsın. 28 il sıxıla-sıxıla, amma canını fəda edərək yaşadı.

İndi elə xoşbəxtdir ki, həmin Vətən adam. 1967-ci ildə Ağdamda doğulsa da bu ömrün tən yarısını yaşayıb. İşğalın 28 ili Vətən adamın ömrünə yazılmayıb. Hələ bundan sonra 29, 30, 31… yaşı olacaq. Hələ bundan sonra yaşamağa başlayacaq. Ömrünə yazılmayıb yaşına yazılan vətənsizlik illərinin özünə, doğmalarına, elinə-obasına vurduğu zərbələrin yaralarına sevgisi ilə məlhəm olaraq yaşayacaq.

Ağdamsız dünyadan Ağdamlı dünyaya xoş gəlmisən, ömrün tən yarısını işğalda itirən və dərdi daşımağı bacardığına görə, kainatın 28 illik yeni ömrünə sahib olan Rey Kərimoğlu adlı Vətən adam. 

Mediaekspert.az